Futbol üzrə Almaniya millisinin idman direktoru Rudi Föller ilə müqavilənin müddəti uzadılıb.Sport1.az xəbər verir ki, 64 yaşlı mütəxəssislə yeni sözləşmə 2028-ci il Avropa çempionatının sonuna qədər nəzərdə tutulub.
O, 2023-cü ilin fevralından bu vəzifədə çalışır.
Qeyd edək ki, Almaniya yığmasında futbolçu kimi 90 oyun keçirmiş Rudi Föller 1990-cı ildə dünya çempionu olub. O, baş məşqçi kimi isə milli komandanı DÇ-2022-nin finalına çıxarıb.
Sport1.az