"Liverpul"un vingeri Luis Dias karyerasını Almaniyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, bu barədə "Sky Germany" məlumat yayıb.
Mənbənin sözlərinə görə, futbolçunun xidmətində "Bavariya" maraqlıdır.
Qeyd edək ki, Luis ötən mövsüm İngiltərənin son çempionunun heyətində 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.
Sport1.az