"Bavariya"nın qapıçısı Manuel Noyerin müqaviləsi gələn ilin yayında başa çatacaq.Sport1.az xəbər verir ki, 39 yaşlı kapitan komanda ilə yeni müqavilə imzalaya bilər. Alman qolkiperi hazırda yaxşı formada çıxış edir və təklif olduğu halda DÇ-2026-da iştirak etməyə hazırdır. Noyer daha əvvəl milli komandada oynamaq niyyətinin olmadığını desə də, bu ehtimal hələ də qalmaqdadır.
Qeyd edək ki, Manuel Noyerin mart ayında 40 yaşı tamam olacaq.
Sport1.az