“Bayer”in idman direktoru Simon Rolfes bir neçə gün əvvəl klubdan qovulan baş məşqçi Erik ten Haqla bağlı danışıb.
Sport1.az xəbər verir ki, funksioner “Kicker”ə açıqlamasında mütəxəssisin təyinatının düzgün seçim olmadığını deyib:
“Ten Haqı dəvət etmək mənim səhvim idi. Etiraf etməliyik ki, gözləntilərimiz özünü doğrultmadı”.
Ten Haq Leverkuzen klubuna təyinatından 2 ay sonra istefaya göndərilib. “Bayer” Bundesliqada 2 turdan sonra 1 xalla 12-ci sıradadır.
Sport1.az