"Real"ın keçmiş futbolçusu Lukas Vaskes karyerasını Almaniyada davam etdirəcək.
Sport1.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
34 yaşlı oyunçu "Bayer"lə müqavilə imzalayacaq. Artıq tərəflər arasında razılıq əldə olunub. O, azad agent kimi Leverkuzen klubuna keçəcək. Futbolçu gizli şəkildə tibbi müayinədən keçib. Müqavilə bu gün açıqlana bilər.
Qeyd edək ki, futbolçu bu yay "Real"dan ayrılıb. O 2007-ci ildən Madrid təmsilçisinin heyətində 402 oyuna çıxıb. Bu müddət ərzində o, 23 titul qazanıb.
Sport1.az