“Sanderlend”in yarımmüdafiəçisi Cob Bellingem karyerasını Almaniyada davam etdirməyə yaxındır.Sport1.az “Sky Sport”a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu Dortmund “Borussiya”sına transfer olunur.
Tezliklə “Borussiya” və “Sanderlend” arasında danışıqların başlayacağı gözlənilir. Almaniya klubunun Bellingemin keçidinə təxminən 30 milyon avro ödəyəcəyi bildirilir.
Gənc futbolçu ilə Frankfurtun “Ayntraxt” klubu da yaxından maraqlanır.
Qeyd edək ki, Cobun böyük qardaşı “Real Madrid”in ulduz futbolçusu Cud Bellingemdir.
Sport1.az