AFFA İntizam Komitəsinin Region Liqasında baş tutan Salyan OİK - Qobustan FK oyununda yaşananlarla bağlı qərarları açıqlanıb.
Sport1.az xəbər verir ki, Qobustan FK komandasının baş məşqçisi Elbrus Baxşəliyev və futbolçuları Tural Nəhmətli ilə Samin Gülməmmədov hakimin qərarına etiraz etdiyinə görə və onu vurmağa cəhd etdiyinə görə cəzalanıblar.
Qobustan FK-nın futbolçularının hər biri 4 oyunluq, baş məşqçi isə 5 oyunluq disklafikasiya olunub.
Qeyd edək ki, qarşılaşma Salyan OİK klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Sport1.az