Misli Premyer Liqasının VII turunda "Zirə" "Neftçi ilə 2:2 hesablı heç-heçəyə razılaşdı. Qarşılaşmadan sonra "ağ-qaralar"ın futbolçusu Alessio Kurçi oyun haqda fikirlərini
Sport1.az-a açıqladı:
"Deyəcək sözüm yoxdur. Hakim qələbəmizi oğurladı". Hücumçu nəticədən narazı olduğunu vurğuladı:
"Qazanmalı idik. Bunu hər kəs bilir. Heç kim şübhə etməməlidir". 23 yaşlı oyunçu VAR qərarı haqda bunları səsləndirdi:
"Monitora baxanda şəkillər gördüm. Video yox. Videogörüntünü geyinmə otağında gördüm. Penaltidən söhbət belə gedə bilməzdi. Əgər orda qayda pozuntusu var idisə, mən bir daha futbol oynamayacağam". MİKAYIL HACIYEV
Sport1.az