İspaniya La Liqasında çıxış edən "Malyorka" klubunun üç futbolçusu qarət olunub. Sport1.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Komandanın soyunub-geyinmə otağında oğurluq hadisəsinin baş verdiyi bildirilib. Yerli polis məsələ ilə bağlı araşdırma aparır.
Pablo Maffeo, Dominik Qreif ve Copetenin dəyərli əşyaları götürülüb.
eyd edək ki, "Malyorka" son turda səfərdə "Valensiya"ya 0:1 hesabı ilə uduzub.
Sport1.az