"Kəpəz"də daha bir ayrılıq yaşanıb.Sport1.az-a daxil olan məlumata görə, əməliyyatlar üzrə rəhbər vəzifəsini icra edən İlqar Nadiri istefa verib. O, İdarə Heyətinin sədri Adil Vəliyevlə mübahisə yaşayıb. Bu səbəbdən də istefa verib.
Qeyd edək ki, Gəncə təmsilçisində problemlər səngimək bilmir. Bir müddət öncə İdarə Heyətinin üzvü Erkin İbrahimov öz istəyi ilə "Kəpəz"dən ayrılmışdı.
NİHAT KƏRİMLİ
Sport1.az