Ötən mövsüm “Neftçi” üçün uğursuz oldu.
Yeni “futbol ili” üçün “ağ-qaralar” güclü heyət formalaşdırıb. Klubun icraçı direktoru Cenk Sümer də komandanın Premyer Liqada iddialılardan olacağını açıqladı. Bu gün start götürəcək çempionatda flaqmandan nə gözləmək olar? Sualımızı Arif Əsədova ünvanladıq. Mütəxəssis mövzu ilə
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Neftçi” həmişə yüksək hədəflər üçün mübarizə aparıb. Biz Bakı klubunun daim çempionluq və kuboka sahiblənməsini görmüşük. “Ağ-qaralar”ın bəlli tarixi, ənənələri və uğurları var. Demək olar ki, yeni komanda quruldu. Hesab edirəm ki, bu il daha güclü, iddialı “Neftçi” görəcəyik. Bakılıların bir neçə Premyer Liqa oyununu izləmək lazımdır. İndi konkret nəsə demək düz çıxmaz. Bu il çempionluq uğrunda gərgin mübarizə gedəcəyi dəqiqdir. Düşünürəm ki, 6 komanda qızıl medallar uğrunda mübarizə aparacaq. Bizi çox maraqlı, gərgin və yadda qalan çempionat gözləyir”.
MİRZƏ S.
Sport1.az