“Səbail” növbəti transferini edib.
Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xiddməti məlumat yayıb. Paytaxt təmsilçisi ötən mövsümü “Karvan”da keçirmiş Emil Qasımovu sıralarına qatıb. Onunla 1+1 illik müqavilə imzalanıb.
25 yaşlı hücumçu ötən mövsüm 1-ci Liqada 15 qolla ən məhsuldar 2-ci futbolçu olub.
Qeyd edək ki, "Səbail" bunadək kapitanı Yusif Nəbiyevlə yeni müqavilə imzalayıb, Nicat Süleymanovu və Rəhman Hacıyevi isə transfer edib.
Xatırladaq ki, Bakı klubu 2025/26 mövsümündə Azərbaycan 1-ci liqasında mübarizə aparacaq.
Sport1.az