“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.Sport1.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçi Həbib İsmayılovu heyətinə qatıb. 22 yaşlı futbolçu növbəti mövsümü komandamızda keçirəcək.
Xatırladaq ki, İsmayılov son olaraq “Neftçi”də çıxış edib. Yarımmüdafiəçi ötən mövsüm Əvəzedicilər Liqasında 15 qol vurmağı bacarıb.
Sport1.az