Yoldaşlıq görüşündə millimiz Macarıstana 1:2 hesabı ilə məğlub oldu.Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların çalışdırıcısı Marko Rossi mətbuat konfransında iştirak etdi
Mütəxəssis jurnalistlərin suallarını cavablandırdı...
-
Azərbaycan yığmasından gözləntiləriniz nə idi? Sürprizlə qarşılaşdınız?- Dünən də vurğulamışdım, rəqibə hörmətlə yanaşırdıq. Oyunu diqtə etməyə çalışırdıq. 85-ci dəqiqəyə qədər bunu bacardıq. Son 10 dəqiqədə Azərbaycan millisi üstünlüyə yiyələndi. Azərbaycan yığması üçün gileylənməyə dəyməz. Yaxşı rəqib idilər. Lakin statistika bizim tərəfimizdə idi.
-
Buraxdığınız qolu necə dəyərləndirirsiz? Sanki top ələ dəymişdi…- Texniki zonadan görünmürdü. Təkrarına baxdıq, ələ dəydiyi göründü. Təəssüf ki, VAR bu gün çalışmırdı.
-
Bu gün fərqli sistemlə çıxış etdiniz. Nəticədən və oyundan razı qaldınız?- Yaxşı oynadıq. Kifayət qədər epizod yaratdıq. Oyunun ritmini əlimizdə saxladıq. Komandamdan razı qaldım. Yalnız son 10 dəqiqədə çaşbaşlıq var idi.
-
Matçda 2 qapıçıdan istifadə etdiniz. Çıxışlarından razı qaldınız?- Hər ikisi yaxşı, səhvsiz oynadı. Gənc qolkiperi oyuna salmağımız öncədən planlaşdırılan dəyişiklik idi.
Sport1.az