Yeqor Xvalko "Kəpəz"dən ayrılmasına münasibət bildirdi.
Bu barədə Sport1.az-a açıqlama verən belaruslu müdafiəçi bunları dedi: "Kəpəz" mənə yeni müqavilə təklif etmədi. Yeni kontrakt olsaydı, burada qalmaq istəyərdim. Özümü Azərbaycanda yaxşı hiss edirdim. Nə etmək olar, bu, futboldur. Azarkeşlərə və klub rəhbərliyinə mənə göstərdikləri etimada və hörmətə görə təşəkkür edirəm".
O, gələcək karyerası haqqında bunları söylədi: "Təkliflər var, lakin rəsmiləşməmiş danışa bilmərəm".
Qeyd edək ki, Y.Xvalko son üç ildə "sarı-göylər"in şərəfini qoruyub. 28 yaşlı oyunçu Gəncə təmsilçisinin heyətində meydana çıxdığı 95 çempionat matçında 3 qol vurub.
Sport1.az