Daha bir şirkət Azərbaycan futboluna maliyyə ayırmaq niyyətindədir.Sport1.az xəbər verir ki, söhbət "Lukoil"dən gedir. Tanınmış şirkət Premyer Liqa klublarından birinin baş sponsoru olmaq istəyir. Bu istiqamətdə danışıqlar gedir. Prosesə FİF nəzarət edir.
Şirkətin kluba nə qədər maliyyə ayıracağı bəlli deyil. "Lukoil" bazası, stadionu olan Premyer Liqa təmsilçilərindən birinə sponsorluq etmək arzusundadır.
Sport1.az