"Sabah" Misli Premyer Liqasının son turunda doğma divarlar arasında "Neftçi"ni məğlub edərək mövsümü qələbə ilə başa vurdu - 1:0.
Masazır təmsilçisinin üzvü Tellur Mütəllimov həm matç, həm də cari "futbol ili" ilə bağlı
Sport1.az-a danışdı.
"Mövsumu qələbə ilə başa vurmaq xoşdur. Xüsusilə də doğma meydanda. "Neftçi" ilə oyunlarımız həmişə çətin keçib. Bu dəfə də elə oldu. Gərgin 90 dəqiqə izlədik. Fikrimcə, meydanda üstün tərəf biz idik. Məncə, azarkeşlər maraqlı oyun izlədilər. Qarşılaşmada azlıqda qaldıqdan sonra da nizam-intizamı itirmədik. Elə qolumuzu da azlıqda olarkən vurduq. Lakin bir neçə dəqiqə sonra rəqib də qırmızı vərəqə aldı və meydanda oyunçu sayı bərabərləşdi. Təbii ki, mövsümdə daha yaxşı çıxış edə və ilk "4-lük"də yer ala bilərdik. Vacib xallar itirdik. Buna baxmayaraq, kubokda yaxşı irəlilədik və finaldayıq. Bizim üçün "futbol ili" hələ bitməyib. Finalda "Qarabağ"ı üstələyərək mövsümü titulla bitirmək istəyirik". MİRZƏ S
Sport1.az