Misli Premyer Liqasının 36-cı turu çərçivəsində “Zirə” səfərdə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.Sport1.az xəbər verir ki, "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Komandama təşəkkür edirəm. Bu mövsüm böyük iş gördülər. Mövsümü layiqli yerdə bitirdik.- Klubla müqaviləniz bitir. Rəhbərliklə yeni sözləşmə barədə söhbətiniz olub?- Gələcək barədə mən də heç nə bilmirəm. Danışıq olmayıb. Burada olsam da, olmasam da komandaya uğurlar arzulayıram. "Araz-Naxçıvan" mənə doğmadır. Komandanı formalaşdırmaq üçün çox çətinliklərdən keçdik. Nələr olacağı ilə bağlı klub açıqlama verəcək.- Qara Qarayevin heyətdə olmamasının səbəbi nədir?- Mikro zədəsi olduğuna görə ehtiyatlı davrandıq.
Sport1.az