Albaniya Birinci Divizionunun ən yaxşı futbolçusu Manfredas Ruzgis “Qarabağ”a keçməyə yaxındır. Sport1.az xəbər verir ki, hücumçu vurduğu qollarla “Vora”nı çempion edərək Super Liqaya yüksəlib.
Alman əsilli futbolçunun çempionatda keçirdiyi 30 oyunda 24 qol vurması Ağdam təmsilçisinin skautlarının diqqətindən qaçmayıb. Onun çempion komandadakı çıxışı təkcə Litva millisindən dəvət almasına səbəb olmayıb, həm də Albaniyadan kənarda bir neçə klubun marağını cəlb edib.
Qeyd edək ki, 28 yaşlı forvardın Albaniya klubu ilə müqaviləsi bu yay başa çatır.
Manfredas “Paderborn II”, “Köln II”, “Una Strassen”, “Rot-Vays Oberhauzen”, “Videnbrük” klublarında çıxış edib.
Nicat Rüstəmzadə
Sport1.az