Brahim Konate "Şamaxı" ilə vidaşalıb.Sport1.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov açıqlama verib.
44 yaşlı mütəxəssis fransalı yarımmüdafiəçinin "Zirə" ilə müqavilə bağladığını açıqlayıb.
Abbasov Vasiliye Radenoviç və Vasiliye Bakiçin də komandanı tərk etdiyini diqqətə çatdırıb:
"Radenoviçlə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Bakiç isə süni örtüklü meydanda oynamaqda çətinlik çəkdiyi üçün getmək istədiyini bildirdi".O, gedənlərin yerinə yeni transferlərin olacağını əlavə edib.
Sport1.az