Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 33-cü tura start verilib.
Sport1.az xəbər verir ki, günün yeganə oyunu Zirə İdman Kompleksində baş tutub.
“Zirə” doğma meydanda “Turan Tovuz”u qəbul edib. 20:00-da başlayan görüşü baş hakim Rəvan Həmzəzadə idarə edib.
Bakı klubu görüşdə minimal hesblı qələbə qazanaraq xallarının sayını 67 - yə çatdırıb.
Misli Premyer Liqası
4-cü dövrə, 33-cü tur
2 may
20:00. “Zirə” 1 – 0 “Turan Tovuz”
Qol: Salifi Suma 48’
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Namiq Hüseynov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Rüfər Əmirov.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq.
Sport1.az