Avropa Gümüş Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığın növbəti mərhələsini Gürcüstanda keçir.Sport1.az xəbər verir ki, Tbilisidə 5 gün davam edəcək təlim-məşq toplanışı çərçivəsində komandamız yoxlama oyunlarında da qüvvəsini sınayacaq.
Yığmamız Avropa Gümüş Liqasında ilk turun oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. İkinci turun qarşılaşmaları iyunun 13-15-də Azərbaycanda, üçüncü tur isə iyunun 20-22-də Farer adalarında təşkil olunacaq.
Sport1.az