Azərbaycan Kubokunun final oyununa satılan biletlərin sayı bəlli olub.Sport1.az xəbər verir ki, "Qarabağ" və "Sabah" arasında keçirələcək qarşılaşmaya azarkeşlər tərəfindən 6 mindən çox bilet alınıb. Məlumatı saytımıza açıqlamasında PFL-nin media və marketinq Departamentinin rəhbəri Sənan Abdullayev verdi.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
MURAD ABDULLAZADƏ
Sport1.az