"Mançester Siti"dən ayrılmaq qərarı alan Kevin de Bruynenin "Napoli"yə keçidi son mərhələdədir.Sport1.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
33 yaşlı yarımmüdafiəçinin iyun ayının əvvəlində Neapol təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir.
De Bruynenin "Mançester Siti" ilə müqaviləsi iyunun 30-a qədərdir. O, bundan sonra azad agent olacaq.
Bu mövsüm De Bruyne 40 matçda 6 qol vurub və 8 məhsuldar ötürmə verib.
Sport1.az