Braziliyanın "Primavero" klubuna keçən "Qarabağ"ın və Azərbaycan millisinin sabiq futbolçusu Riçard Almeyda sosial şəbəkə hesabında paylaşım edib.Sport1.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ölkəsinə qayıtdığı üçün xoşbəxt olduğunu vurğulayıb:
"Yenidən sizin yanınızda olmaq mənim üçün şərəfdir. Braziliyadan 16 il uzaq qaldıqdan sonra "Primavero"ya transfer oldum. Bunun üçün çox xoşbəxtəm və qürur duyuram".
Sport1.az