AFFA Fernandu Santuşu istefaya göndərə bilər.Sport1.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Millimizin Santuşun rəhbərliyi altında keçirdiyi ilk 8 oyunda qələbə qazana bilməməsi və bunun 7-də məğlub olması AFFA rəhbərliyini də narahat edir. Futbol ictimaiyyəti və azarkeşlərin təzyiqinə baxmayaraq, assosiasiya 70 yaşlı çalışdırıcıya bir qədər də vaxt vermək qərarına gəlib.
Yığmamız iyunda daha iki yoldaşlıq görüşü keçirəcək. Komandanın Latviya və Macarıstanla matçlardakı çıxışı da gələcəyə ümid verməsə, Santuş istefaya göndərilə bilər. Bu, baş verərsə, millimiz DÇ-2026-nın seçmə mərhələsində başqa mütəxəssisin rəhbərliyi altında mübarizə aparacaq.
Sport1.az