Azərbaycan Kubokunun finalında “Sabah”a “Qarabağ”ı 3:2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə titul sahibi oldu. Qarşılaşma ilə bağlı fikirlərini öyrənmək üçün Ağdam təmsilçisinin üzvü Musa Qurbanlı ilə əlaqə saxladıq. Hücumçu
Sport1.az-a açıqlamasında məğlubiyyəti belə şərh etdi:
“Ağır qarşılaşma oldu. Qələbə qazanmağı çox istəyirdik, amma alınmadı. Təbii ki, birinci günahı özümüzdə axtarmalıyıq. Başqa nüanslar da var. Amma bu barədə çox danışmaq istəmirəm. Matça diqqətlə baxanlar haqsızlıqları görə bilərlər”.Musa komandasının növbəti mövsüm hədəflərindən də danışdı:
“Müəyyən müddət istirahət etdikdən sonra ciddi hazırlığa başlayacağıq. Çalışacağıq ki, avrokuboklarda maksimum nəticə göstərək və azarkeşlərimizi sevindirək”. MİRZƏ S.
Sport1.az