"Maraqlı oyun olacaq".Sport1.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan kubokunda "Qarabağ”la final matçı öncəsi mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis bildirib ki, həlledici matçla bağlı fikirlərini bildirib:
"Qarşıda bizi maraqlı bir oyun gözləyir. "Sabah" ilk dəfədir ki, finala çıxır. Burada bərabərlik yoxdur. Ya qalib gəlməlisən, ya da məğlub olmalısan".
Qeyd edək ki, final oyunu mayın 31-də keçiriləcək.
Sport1.az