Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası klubların yeni reytinqini açıqlayıb.
Sport1.az xəbər verir ki, siyahıda Azərbaycanın dörd təmsilçisi yer alıb.
12 pillə geriləyən "Qarabağ" 137.25 xalıa 131-ci sıradadır. 232-ci olan "Zirə"nin (95,75) mövqeyi dəyişməz qalıb.
Dörd pillə irəliləyən "Sabah" (76) 313-cüdür. "Araz-Naxçıvan" (61.25) isə 439-cu ola bilib. Naxçıvan təmsilçisi 7 pillə irəliləyib.
Sport1.az