“Sabah” klubu futbolçusu Anatoli Nuriyevlə yeni müqavilə bağlayıb.Sport1.az "bayquşlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi daha bir il müddətinə uzadılıb.
Azərbaycan millisinin üzvü olan futbolçu 2022-ci ildən “Sabah”ın heyətində çıxış edir. Nuriyev bu müddət ərzində komandada 105 oyun keçirib və 12 qol vurub.
Sport1.az