Minifutbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.Sport1.az xəbər verir ki, yığmamız Bakıda keçirilən dünya çempionatın qrup mərhələsinin II turunun matçına çıxıb.
Elşad Quliyevin baş məşqçisi olduğu komanda Sloveniyanı sınağa çəkib. İki gün əvvəl Bəhreynlə qollu heç-heçə (1:1) edən millimiz ilk qələbəsini qazanıb. Komandamız rəqibini 4:0 hesabı ilə məğlub edib. Millimiz qrupda lider mövqeyinə yüksəlib.
Qeyd edək ki, qrupun digər matçında Mavritaniya və Bəhreyn üz-üzə gəlib. Qarşılaşma afrikalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Sport1.az