Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında 3x3 basketbol yarışlarında qrup mərhələsinin son matçları keçirilib.
Sport1.az xəbər verir ki, Azərbaycanın qız və oğlan komandaları növbəti matçlarına çıxıblar.
Tatyana Deniskinanın baş məşqçisi olduğu qızlardan ibarət millimiz B qrupunda Çili-2-ni 12:1, Ukraynanı 16:14 hesabı ilə məğlub edib. Daha öncə Serbiya-2-yə (18:0), Hindistan-1-ə (21:1) və Estoniyaya (9:7) hesabı ilə qalib gəlib, Rumıniyaya isə uduzan (10:20) basketbolçularımız qrup dördüncüsü kimi 1/8 finala vəsiqə qazanıb. Komandamız aprelin 11-də Çinlə qarşılaşacaq.
Zaur Paşayevin baş məşqçisi olduğu oğlan millimiz bu gün ilk qarşılaşmada Kosta Rikanı 19:5, Nepalı 18:10 hesabı ilə üstələyib. Daha əvvəl Meksikanı (11:8), Benini (14:4) və Serbiya-2-ni (21:10) məğlub edib, Çili-1-ə 7:17 hesabı ilə uduzan yığma qrup ikincisi kimi 1/4 finalda iştirak hüsuqu qazanıb. Komandamız sabah yenidən Kosta Rika ilə üz-üzə gələcək.
Qeyd edək ki, basketbol yarışları aprelin 12-də yekunlaşacaq.
Sport1.az