II Liqanın yeni iştirakçısı "Şirvan"ın rəhbərliyi 2024/25 mövsümünün başa çatması ilə bağlı komanda heyəti haqqında mühüm qərar qəbul edib.
Sport1.az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. Qərara əsasən, mövsüm ərzində "Şirvan"ın şərəfini qoruyan bütün futbolçular və texniki heyətlə yollar rəsmən ayrılıb. Komandaya bağlı olan heç bir şəxs bu tarixdən etibarən klubla müqavilə öhdəliyi daşımır və hər kəs sərbəst hesab olunur.
Bu qərar strateji yenilənmə və növbəti mövsüm üçün klubun gələcəyini daha sistemli şəkildə planlamaq məqsədi daşıyır.
Sport1.az