I Liqanın 4-cü turunda “Şəfa” doğma divarlar arasında MOİK-i qəbul etdi - 4:1.
Qarşılaşmadan sonra meydan sahiblərinin baş məşqçisi Elgiz Kərəmli oyun barədə fikirlərini
Sport1.az-a açıqladı:
“MOİK I Liqanın təcrübəli klublarından biridir, heyətlərini gücləndiriblər. Onlara qarşı ciddi hazırlaşmışdıq. Bizim üçün çətin oyun alındı. Buna baxmayaraq, yetirmələrim meydanda sona kimi mübarizə apararaq layiqli qələbə qazandıq. Bu zəfərlə və ən yaxın izləyicilərimizin xal itirməsi sayəsində turnir cədvəlində vahid lider olduq. Yığmamızın oyunları ilə əlaqədar fasilə ərəfəsində əlçatmaz olmağımız bizim üçün psixoloji üstünlükdür. Bunun sayəsində çempionluq yolunda marafonumuza daha əzmlə çalışacağıq”.Mirzə S.
Sport1.az