Ölkəmizdə keçirilən III MDB Oyunları davam edir.
Sport1.az xəbər verir ki, bu gün Şəkidə çövkən yarışlarının 2-ci turu başa çatdı.
A qrupunda Azərbaycan millisi Küveytlə qarşılaşdı. Görüş 5:0 hesabı ilə yığmamızın xeyrinə başa çatdı.
Qarşılaşmadan sonra komandamızın üzvü Vahid Məmmədov qələbə haqda bunları söylədi:
"Oyunun çətin keçəcəyini gözləyirdik və belə də oldu. Yaxşı və ciddi şəkildə hazırlaşmışdıq. Həm öz üzərimizdə, həm də atlarla işləyirik. Ona görə də qələbə qazandıq".
O, çempionluq şanslarını dəyərləndirdi:
"Hələ ki, yaxşı davam edirik. Həm özümüzə, həm də atlarımıza inanırıq. Ümid edirəm ki, çempionluq bizim olacaq".
Sport1.az