2025/26 mövsümündən Azərbaycan I Liqasında çıxış edəcək “Şəfa” heyətini daha bir futbolçu ilə gücləndirib. Sport1.az-a daxil olan məlumata görə, 21 yaşlı hücumçu Əmir İbrahimzadə karyerasını paytaxt təmsilçisində davam etdirəcək. Gənc forvard klubla 1 illik müqavilə imzalayıb.
Əmir “Traxtor”un aşağı yaş qruplarında və əsas komandasında çıxış edib. Son olaraq “Alüminium Ərak” klubunun formasını geyinən futbolçu cənubi azərbaycanlı “Şəfa”da aylıq 3 min 500 manat qazanacaq.
Qeyd edək ki, forvardın peşəkar karyerasında 7 oyuna çıxıb. Onun hesabında 7 qol vurub.
NİHAT KƏRİMLİ
Sport1.az