I Liqaya vəsiqə qazanan “Şəfa”dan qarşıdakı mövsümdə böyük ümidlər bəslənilir.Bakı təmsilçisinin çempionluq uğrunda mübarizə aparacağı deyilir.
Bəs debütant nə vaxt toplanışa start verəcək? Komandadan nə qədər futbolçu yola salınacaq? Əvəzində hansı transferlər həyata keçiriləcək?
Suallarımızı "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmliyə ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Çempionatın başlama tarixi bəlli olmadığından, hələlik hazırlıq planlarını qəti olaraq cızmamışıq. Amma təxminən iyulun 15-20 aralığında bir araya gələcəyik. Peşəkar Liqada məqsədimiz çempion olmaq və elitaya vəsiqəni təmin etməkdir. Köhnə heyətdən 14-15 futbolçu ilə yollarımızı ayırmışıq. 10-11 oyunçunu saxlamışıq. Bundan başqa, ötən mövsüm “Səbail”də çıxış edən Əlirza Müştəbazadə ilə Nihad Quliyevi keçidini təmin etmişik. Aqil Nəsibov, Vüqar Həsənov, Ədilxan Qarahmədov, Xəyal Tomarov, Pərviz Azadov, Hüseyn Mürsəlov, Elvin İsmayılov kimi futbolçuları da sıralarımıza qatmışıq. Transfer çalışmalarımız davam edir və qarşıdakı günlərdə də yeni futbolçularla razılığa gələcəyik”. MİRZƏ S
Sport1.az