Ölkəmizdə keçirilən III MDB Oyunları davam edir.Sport1.az xəbər verir ki, Qəbələdə keçirilən futbol yarışında 2-ci turun oyununda Azərbaycan Qırğızıstanı darmadağın etdi - 4:0.
Qarşılaşmada dubl edən Əli Bəşirovun görüş haqda fikirləri belə oldu:
"Üç xalı qazandığımız üçün çox sevincliyik. Finala vəsiqə qazandıq. Bundan sonra edəcəyimiz şey, həlledici oyuna daha yaxşı hazırlaşmaqdır. Görüşdə iki qol vurduğum üçün sevincliyəm".
Sport1.az