Ölkəmizdə keçirilən III MDB Oyunları davam edir.
Sport1.az xəbər verir ki, Qəbələdə keçirilən futbol yarışında 2-ci turun oyununda Azərbaycan Qırğızıstanı darmadağın etdi - 4:0.
Qarşılaşmadan sonra millimizin baş məşqçisi Aqil Nəbiyev qələbə haqda bunları söylədi:
"Oyunun çətin, rəqibin aqressiv olacağını bilirdik. İki fərqli hissə izlədik. İkinci hissədə daha çox top saxladıq. Finala vəsiqə qazandıq. Rusiya və Belarus komandalarından birini gözləyirik. Fürsətlərdən istifadə etsəydik, hesab daha böyük ola bilərdi".
Mütəxəssis komandasının çempion olacağına inanır:
"AFFA rəhbərliyi yanımızdadı. İnanıram ki, finalda da yanımızda olacaqlar. Azarkeşlərlə bağlı da eyni sözləri deyərdim. Artıq komanda kimi formalaşmışıq. Aramızda koordinasiya var. Son oyunlarda qələbələr ard-arda gəlir. İnanıram ki, kuboku birlikdə götürəcəyik".
Sport1.az