Dünyada ən məşhur idman növü olan futbola ölkəmizdə də kifayət qədər maraq var. Təəssüf ki, maraqdan o tərəfə keçən ciddi inkişaf görünmür. İstər millimizin nəticələri, istərsə də “Qarabağ”dan başqa Avropaya gedən digər klublarımızın çıxışları ürəkaçan deyil.
Görəsən, Azərbaycan futbolunda ən böyük problem nədir – pul, infrastruktur, yoxsa peşəkarlıq?
Sualımızı Arif Əsədova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Azərbaycan futbolunun daha çox infrastruktur və peşəkarlıq baxımından geridə qalır. Akademiyaların yaradılması, təcrübəli mütəxəssislərin gətirilməsi üçün həm pul, həm də peşəkarlıq çatışmır. Biz kəmiyyətə yox, keyfiyyətə diqqət yetirməliyik. Sorğu və planlaşdırma olmadığı halda pərakəndəlik yaranır. Peşəkarlıq yalnız texniki sahədə yox, həm məşqçilər, həm futbolçular, həm də klub rəhbərləri üçün vacibdir. Məşqçilər necə ki, seminarlarda iştirak edib biliklərini artırırlar, klub rəhbərləri də eyni şəkildə özlərini inkişaf etdirməli, daha peşəkar idarəetmə tətbiq etməlidirlər.”HÜSEYN RƏŞADOĞLU
Sport1.az