21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.
Sport1.az xəbər verir ki, yığmamız Türkiyənin Antalya şəhərində gerçəkləşən təlim-məşq toplanışında ikinci yoxlama görüşünə çıxıb.
Ayxan Abbasovun baş məşqçisi olduğu U-21 Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. 90 dəqiqə ərzində komandaların səyləri nəticəsiz qalıb. Matç 0:0 hesabı ilə yekunlaşıb.
Sport1.az