Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama görüşünü keçirəcək.
Sport1.az xəbər verir ki,
U-19 Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq. Oyun saat 17:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar martın 22-də ikinci yoxlama matçında üz-üzə gələcəklər.
Sport1.az