21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyununa çıxacaq. Sport1.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində təlim məşq toplanışında olanda yığma moldovalı həmyaşıdları ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək. Bu, Ayxan Abbasovun U-21-in sükanı arxasında ilk matçı olacaq.
Sport1.az