21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.Sport1.az xəbər verir ki, yığma baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ikinci yoxlama matçına çıxacaq.
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan U-21 Şimali Makedoniya ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
U-21-lər arasında yoldaşlıq oyunu
25 mart
21:00. Azərbaycan – Şimali Makedoniya
Qeyd edək ki, yığma üç gün əvvəl Moldovanı iki cavabsız qolla üstələyib.
Sport1.az