19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 17-dən 23-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.
Sport1.az xəbər verir ki, hazırlıq çərçivəsində U-19-un martın 19-da və 22-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü təşkil olunacaq.
Hər iki oyun saat 17:00-da başlayacaq.
Sport1.az