"İki il yarımdan sonra vidalaşmaq vaxtıdır".
Sport1.az xəbər verir ki, bu sözləri "Qarabağ"dan ayrılan albaniyalı futbolçu Redon Cica şəxsi instaqram hesabında yazıb.
27 yaşlı hücumçu bu sözləri yazıb:
"Meydanı və paltardəyişmə otağını bölüşdüyüm oyunçulara, hər zaman dostluq münasibətləri saxlayacağım kollektivə təşəkkür etmək istəyirəm. Həm oynadığımda, həm də oynamayanda məni dəstəkləyən azarkeşlərə minnətdaram. Sizə ən yaxşısını arzulayıram. Sizin bir parçanız olmaq mənim üçün xoş idi. Təşəkkürlər, "Qarabağ".
Qeyd edək ki, Redon Cica Əlcəzairin "SSPA Şabab Riadi Beluizdad" komandasına keçib. 2023-cü ilin yanvarından "Qarabağ"ın formasını geyinən forvard 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az