İngiltərənin "Çelsi" klubu unikal rekorda imza atıb.Sport1.az xəbər verir ki, London təmsilçisi buna klublararası dünya çempionatının qalibi olmaqla nail olub.
"Zadəganlar" UEFA Çempionlar Liqası, UEFA Kuboklar Kuboku, UEFA Avropa Liqası, UEFA Konfrans Liqası, UEFA Super Kuboku, eləcə də yeni və köhnə formatlı FIFA Klublarlarası Dünya Çempionatını qazanan ilk klubdur.
Qeyd edək ki, "Çelsi" ABŞ-də təşkil olunan FIFA Klublararası Dünya Çempionatının finalında PSJ-ni (Fransa) 3:0 hesabı ilə məğlub edib.
Sport1.az