İyunun 24-də AFFA Klublar Komitəsinin iclası keçiriləcək.Sport1.az-a daxil olan məlumata görə, saat 10:00-da başlayacaq toplantıda baş katib Cahangir Fərəcullayev də iştirak edəcək.
İclasda Komitə və ölkə futbolu ilə bağlı məsələlər müzakirə olunacaq.
Redaksiyamıza daxil olan informasiyaya görə klub rəsmiləri KK-nin işinin təkmilləşdirilməsi istiqamətində danışıqlar aparacaqlar.
Bundan əlavə, 2025/26 mövsümündə Əvəzedicilər Liqasının keçirilib-keçirilməməsi müzakirə olunacaq.
Komitəyə yeni sədrin seçilməsi barədə də fikir mübadilələri aparılacaq.
Əsas mövzulardan biri də 2025/26 mövsümündə Premyer Liqa klublarına ayrılan vəsait olacaq.
Son olaraq, Klublar Komitəsində fevralın 3-də İcraiyyə Komitəsi tərəfindən qəbul olunan "heyətində yerli oyunçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödənilməsi" qərarı müzakirə olunacaq.
İLKİN SULTANLI
Sport1.az