Fillippo İnzaqi İtaliya B Seriyasında çıxış edən "Palermo"nin baş məşqçisi təyin olunub.
Sport1.az xəbər verir ki, bununla bağlı Siciliya təmsilçisi sosial şəbəkə hesabında paylaşım edib.
Müqavilənin detalları barədə məlumat verilməsə də, İnzaqi ilə uzun müddətli razılıq əldə olunduğu bildirib. Onun son iş yeri "Piza" olub.
Sport1.az