Futbol / Türkiyə / Portuqaliya
22:42
16.06.2025
18
"Sportinq" yayda komandadan ayrılacağı gözlənilən Viktor Dyökereşə əvəzləyici axtarır.
Sport1.az xəbər verir ki, Portuqaliya klubunun əsas hədəfi "Göztepe"də çıxış edən Romulodur. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Sportinq" braziliyalı forvard üçün Türkiyə klubu ilə danışıqlara başlayıb. İzmir klubu 23 yaşlı hücumçu üçün 20 milyon avro tələb edir.
Sport1.az